“Bank VTB (Azərbaycan)” lisenziyalı proqram təminatından istifadə edəcək

“Bank VTB (Azərbaycan)” lisenziyalı proqram təminatından istifadə edəcək
# 30 may 2014 09:50 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “Bank VTB (Azərbaycan)” ASC “Oracle” proqram təminatı üzrə lisenziyaların satınalınması ilə bağlı təkliflər sorğusu keçirib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, sorğuda Azərbaycanın 10-a yaxın aparıcı İT-şirkəti iştirak edib. “SİNAM” MMC şirkəti keçirilmiş sorğunun qalibi elan edilib.

“SINAM” şirkəti ölkədə “Oracle” həllərinin tətbiqi üzrə ən qabaqcıl sistem inteqratorlarındandır və hazırda “Oracle” şirkəti ilə “Platinium Partner” tərəfdaşlıq statusuna malikdir. İndiyədək şirkət “Oracle” həllərini Azərbaycanın Mərkəzi Bankı, Maliyyə Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Gömrük Komitəsi, Qırğızıstanın Dövlət Vergi Xidmətində və digər dövlət orqanlarında və özəl təşkilatlarda uğurla tətbiq edib.

Hazırda “SİNAM” MMC ilə “Bank VTB (Azərbaycan)” ASC arasında müqavilənin imzalanması üzrə danışıqlar aparılır. “Bank VTB Azərbaycan” müqaviləyə əsasən “Oracle” verilənlər bazası və “Oracle Business Intelligence” proqram təminatları üzrə lisenziya almağı planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR