“Nar Mobile” abunəçiləri “Asan İmza” mobil elektron imza xidmətindən yararlana biləcəklər

“Nar Mobile” abunəçiləri “Asan İmza” mobil elektron imza xidmətindən yararlana biləcəklər
# 19 iyun 2014 10:08 (UTC +04:00)

Bakı - APA-Economics. “Nar Mobile” mobil rabitə operatoru «Asan İmza» mobil elektron imza xidmətini işə salıb.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, «Asan İmza» elektron xidmətlərdə avtorizasiya və elektron sənədlərin imzalanması baxımından rahat, etibarlı və təhlükəsiz bir alətdir. “Asan İmza” mobil elektron imza texnologiyasının açar üstünlükləri smart kartın oxunması üçün əlavə qurğuların və proqram təminatının istifadəsinə ehtiyacın olmamasıdır. Xidmətin istifadəsi üçün autentifikasiya və elektron imza rəqəmsal açarlarının saxlanıldığı SIM karta əsaslanan mobil telefonun mövcudluğu kifayətdir.

“Nar Mobile” mobil operatoru daim təkmilləşən şəbəkə, çox sərfəli tariflər və nəzərə çarpan müştəri qayğısı ilə abunəçilərinin ehtiyaclarını ödəmək siyasətinə sadiq qalır. “Asan İmza” haqqında əlavə məlumatı www.asanimza.az saytında əldə etmək mümkündür.

Qeyd edək ki, “Nar Mobile” mobil operatoru 2007-ci ildən etibarən abunəçilərinə xidmət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində “Nar Mobile” daima sərfəli qiymət siyasətinə sadiq qalaraq müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli təkliflərini təqdim edib və abunəçilərin rəğbətini qazanıb. Münasib danışıq tarifləri ilə yanaşı, mobil operatorun müxtəlifliyi və sərfəliliyi ilə seçilən internet paketləri və abunəçilərin hər zona üzrə bir qiymət ödədiyi sadə rouminq təklifləri xüsusilə qeyd olunmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR