ABŞ-da yelkən idmanı üzrə olimpiya çempionu həlak olub

ABŞ-da yelkən idmanı üzrə olimpiya çempionu həlak olub
# 10 may 2013 04:23 (UTC +04:00)

Bakı-APA. ABŞ-da bədbəxt hadisə nəticəsində yelkən idmanı üzrə britaniyalı olimpiya çempionu Endryu Simpson həlak olub. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, göyərtəsində 36 yaşlı Simpsonun olduğu katamaran təlim zamanı çevrilib və idmançı suyun altında qalıb.

Simpsonu suyun altından yalnız 10 dəqiqədən sonra çıxarmaq mümkün olub. “Artemis Racing” komandasının üzvlərinin açıqlamasına görə, idmançını həyata qaytarmaq cəhdləri nəticəsiz olub.

Böyük Britaniya imperiyası ordeninin kavaleri Endryu Simpson 2008-ci il Pekin Olimpiadasının çempionu olub. 2010-cu ildə o, dünya çempionu tituluna yiyələnib, 2012-ci il London Olimpiadasında isə gümüş medala layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR