Azərbaycanda banklarda olan depozitlərin həcmi 24% artıb

Azərbaycanda banklarda olan depozitlərin həcmi 24% artıb
# 10 aprel 2014 09:06 (UTC +04:00)

Bakı. İlkin Əhmədov – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarında yerləşdirilmiş depozitlərin həcmi 2014-cü ilin martın 1-nə 12 926,6 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından (AMB) “APA-Economics”ə verilən məlumata görə, bu göstərici 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 479,7 mln. manat və ya 23,7% artıb. O cümlədən, fevralda depozitlərin həcmi 243,6 mln. manat və ya 1,9% artıb.

Depozitlərin tərkibində 6 591,7 mln. manatı və ya 51%-i ev təsərrüfatlarının əmanətlərinin payına düşür. Əmanətlərin həcmi 2013-cü ilin martın 1-nə nisbətən 1 174,9 mln. manat və ya 21,7% artıb.

Eyni zamanda hüquqi şəxslərin depozitlərinin həcmi bu ilin martın 1-nə 6 334,9 mln. manata bərabərdir. Bu göstərici illik müqayisədə 1 304,8 mln. manat və ya 25,9% artıb.

Hüquqi şəxslərin depozitlərinin tərkibində 3 520,4 mln. manatı və ya 55,6%-i maliyyə təşkilatların depozitlərinin, 2 814,6 mln. manatı və ya 44,4%-i qeyri-maliyyə təşkilatların depozitlərinin payına düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR