Ukraynanın Konstantinovka şəhərində gedən döyüşdə separatçılar qumbaraatanlardan istifadə edir

Ukraynanın Konstantinovka şəhərində gedən döyüşdə separatçılar qumbaraatanlardan istifadə edir
# 03 may 2014 23:17 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə “Novosti Donbasa” məlumat yayıb. “Konstantinovkada teleqüllə yaxınlığında döyüş gedir. Separatçılar qumbaraatanlardan istifadə edirlər, yoldan keçən avtomobilləri yandırmağa çalışırlar”, deyə məlumatda bildirilir.

Ukrayna DİN rəhbəri Arsen Avakov Konstantinovkada döyüşün getdiyini təsdiqləyib. Onun sözlərinə görə, döyüş zamanı Milli Qvardiyanın bir neçə əsgəri yaralanıb.

Yerli sakinlərin məlumatına görə, şəhərə hakimiyyət qüvvələrinin desant birləşmələri yeridilib. “Şəhərdə atışma gedir. Teleqüllə artıq siqnal ötürmür. Kabel telekanalları əvvəlki rejimdə fəaliyyət göstərir”, deyə məlumatda bildirilir.

Кonstantinovka.dn.ua saytının məlumatına görə, teleqüllə yaxınlığında hərbçilər iki helikopter vasitəsilə desant olunub, avtomat atəşləri və partlayışlar eşidilir. Şəhərdə mobil rabitədə problemlər müşahidə olunur.

Qeyd edək ki, 80 min əhalisi olan Konstantinovka şəhəri Donetsk və Slavyansk şəhərləri arasında yerləşir. Aprelin sonlarında bir qrup silahlı separatçı şəhərdə milis şöbəsinin və şəhər şurasının binasını ələ keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR