Azərbaycan bank sistemində problemləri kreditlərin həcmi artır

Azərbaycan bank sistemində problemləri kreditlərin həcmi artır
# 08 noyabr 2013 12:10 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının məcmu kredit qoyuluşlarının həcmi 2013-cü il oktyabrın 1-nə 14 793,3 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 412,5 mln. manat və ya 30,0%, o cümlədən, bu ilin əvvəlindən 2 549,6 mln. manat və ya 20,8% artıb.

Əvvəlki dövrlərdəki kimi, kredit qoyuluşlarının tərkibində birinci yeri istehlak kreditləri tutur. Belə ki, ev təsərrüfatlarına verilən kreditlərin həcmi 5 688,9 mln. manat və ya ümumi həcmin 38,5%-ni təşkil edir. Bununla yanaşı, inşaat və əmlak sektoru 15,4%, ticarət və xidmət sahəsi isə 14,9% paya malikdir.

Kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi oktyabrın 1-nə 795,0 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 37,1 mln. manat və ya 4,9% çoxdur. Eyni zamanda, vaxtı keçmiş kreditlərin xüsusi çəkisi son bir ildə 6,7%-dən 5,4%-dək enib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR