“NİDA” Vətəndaş Hərəkatının üzvləri Milli Şuranı sərt tənqid edən bəyanat yayıblar

“NİDA” Vətəndaş Hərəkatının üzvləri Milli Şuranı sərt tənqid edən bəyanat yayıblar
# 29 noyabr 2013 09:36 (UTC +04:00)

“NİDA” Vətəndaş Hərəkatından APA-ya verilən məlumata görə, hərəkatın Milli Şuradakı üzvlərinin yaydığı bəyanatda bildirilir ki, qurumun formalaşdırılmasından bu günə qədər olan fəaliyyətində bir çox səhvlərə yol verilib: “İndi bu səhvləri bir-bir sadalamağa ehtiyac yoxdur, bizi bundan sonra baş verəcək hadisələr maraqlandırır. Rəsul Quliyev kimi Milli Şuraya hər gün zərbə vuran şəxs hələ də üzvlükdə qalır. Bu problem elə ilk sessiyada həll olunmalıdır. Eləcə də Milli Şura yaradılarkən gənclərə, xüsusilə təmsil olunduğumuz NİDA Vətəndaş Hərəkatına çox az yer ayrılıb. Baxmayaraq ki, seçki prosesində də fəal iştirak etməyən, ciddi elektoratı olmayan bəzi qurumlara daha çox yer ayrılıb. Hesab edirik ki, NİDA da Milli Şurada təmsil olunan digər qurumlar qədər üzv sayına malik olmalıdır. Biz hərəkatın Milli Şurada fəaliyyətini ancaq bu formada görürük”.

NİDA üzvləri hesab edir ki, Milli Şuranın bugünkü strukturu bu modelin uğursuz olduğunu hər gün sübut edir.


NİDA-çılar Milli Şurada həmsədrlik institutuna ehtiyac olmadığını və qurumun sədri kimi Cəmil Həsənlini gördüklərini bəyan ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR