Azərbaycan Respublikası Ümumi Məhkəmə Hakimləri İctimai Birliyinin ümumi yığıncağı keçirilib - FOTOSESSİYA

Azərbaycan Respublikası Ümumi Məhkəmə Hakimləri İctimai Birliyinin ümumi yığıncağı keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 30 noyabr 2013 09:53 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Azərbaycan Respublikası Ümumi Məhkəmə Hakimləri İctimai Birliyinin (ARÜMH İB) ümumi yığıncağı keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən ictimai birliyin sədri Ələddin Cəfərov ötən bir il ərzində qurumun fəaliyyəti ilə bağlı məlumat verib. O, ədliyyə orqanlarının inkişafına və məhkəmə sisteminin müasirləşməsinə xidmət edən islahatlardan danışıb. Ə. Cəfərov qeyd edib ki, həyata keçirilən məhkəmə-hüquq islahatları nəticəsində ədliyyə sistemi xeyli təkmilləşib. Məhkəmə sisteminin müasirləşdirilməsi çərçivəsində yeni regional məhkəmələr yaradılıb, yeni məhkəmə binaları inşa edilib və hakimlərin sayı artırılıb. Onların iş şəraitinin yaxşılaşdırılması, müasir texnologiyanın məhkəmələrdə tətbiq olunması sahəsində işlər görülüb. Həmçinin ictimai birliyin üzlərinin sayı ötən illə müqayisədə artaraq 340 nəfəri ötüb.

Daha sonra iclasda Ali Məhkəmənin cinayət işləri üzrə kollegiyasının sədri Şahin Yusifov çıxış edərək məhkəmələr tərəfindən yol verilən qanun pozuntularından danışıb.

İclasda Ali Məhkəmənin hakimi Vafəddin İbayev, Bakı Apellyasiya Məhkəməsinin hakimi Mehdi Əsədov, Yasamal Rayon Məhkəməsinin hakimi Ramin Qurbanov cinayət işlərinə baxılarkən hakimlər tərəfindən yol verilən xarakterik qanun pozuntuları, Avropa Konvensiyası və Avropa İnsan Haqları Məhkəməsinin təcrübəsinin inkişaf istiqamətləri, milli qanunvericilik və məhkəmə təcrübəsinə təsiri kontekstində birinci instansiya məhkəmələri tərəfindən mülki işlərə baxılarkən yol verilən xarakterik qanun pozuntuları və. s mövzularda çıxışlar ediblər.

Daha sonra iclasda məhkəmə fəaliyyətinin aktual məsələləri ətrafında müzakirələr aparılıb.

Yığıncaqda ARÜMH İB yeni üzvlər qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR