Azərbaycanda pərakəndə əmtəə dövriyyəsi 10% artıb

Azərbaycanda pərakəndə əmtəə dövriyyəsi 10% artıb
# 29 noyabr 2013 12:45 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda pərakəndə əmtəə dövriyyəsinin həcmi 15,6 mlrd. manat olmaqla əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,7% artıb.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, istehlak mallarının 99,8%-i özəl təsərrüfat subyektlərində, o cümlədən 12,0%-i hüquqi şəxs statuslu özəl müəssisələrdə, 49,8%-i fərdi sahibkarlara məxsus ticarət subyektlərində, 38,0%-i əmtəə bazarlarında satılıb.

Pərakəndə əmtəə dövriyyəsi üzrə real artımın 6,5%-i hüquqi şəxslərin, 77,4%-i hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların ticarət subyektləri, 16,1%-i isə əmtəə bazarlarında yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR