Ermənistan prezidenti və Yunanıstanın müdafiə naziri əməkdaşlıq məsələlərini müzakirə edib

Ermənistan prezidenti və Yunanıstanın müdafiə naziri əməkdaşlıq məsələlərini müzakirə edib
# 29 oktyabr 2013 18:24 (UTC +04:00)

Bakı-APA. Ermənistan prezidenti Serj Sarqsyan oktyabrın 29-da Yunanıstanın müdafiə naziri Dmitris Avramopulos ilə görüşüb. APA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, görüşdə tərəflər Ermənistan-Yunanıstan əlaqələrinin əhəmiyyətini vurğulayaraq siyasi, müdafiə, hərbi, mədəniyyət və sair sahələrdəki əməkdaşlığı yüksək qiymətləndiriblər.

Tərəflər həmçinin beynəlxalq aktual məsələlər üzrə oxşar yanaşmaların və beynəlxalq təşkilatların çərçivəsindəki əməkdaşlığın zəruriliyini qeyd ediblər.

Tərəflər əməkdaşlıq üçün yüksək potensialın olduğunu qeyd edərək qarşılıqlı maraq kəsb edən sahələr üzrə səylərin fəallaşdırılmasının vacibliyini vurğulayıblar. Serj Sarqsyan və Dmitris Avramopulos həmçinin bölgədəki problemlərə və çağırışlara toxunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR