Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 95-ci ildönümü münasibətilə tədbir keçirilib - FOTO - VİDEO

Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 95-ci ildönümü münasibətilə tədbir keçirilib  - <span style="color: red;">FOTO   - <span style="color: red;">VİDEO
# 15 sentyabr 2013 14:51 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Sentyabrın 15-də Qafqaz İslam Ordusu tərəfindən Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 95-ci ildönümü münasibətilə tədbir keçirilib.



APA-nın məlumatına görə, Türkiyənin Azərbaycandakı səfirliyi, TÜSİAB, ATİB, Azərbaycanda fəaliyyət göstərən türkiyəli iş adamları, hərbçilər, qeyri-hökumət təşkilatlarının nümayəndələri Şəhidlər xiyabanını və Türk Şəhidliyini ziyarət edib, “Əbədi Məşəl” Kompleksi və türk şəhidlərinin xatirəsinə ucaldılmış abidə önünə əklil qoyublar.

Anım tədbirində Qafqaz İslam Ordusunun sıralarında döyüşmüş əsgərlərin övladları da iştirak ediblər.

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun Türk Şəhidliyindəki xatirə dəftərini imzalayıb. Səfir jurnalistlərə açıqlamasında 15 sentyabrın türk dünyası tarixində xüsusi gün olduğunu bildirib: “Bu gün Azərbaycan və Türkiyə tarixinin birlik günüdür. Türk əsgəri Bakını azad etməklə öz qardaşlıq borcunu yerinə yetirdi”.

Səfir bildirib ki, bu gün Azərbaycan xalqı xilaskar türk əsgərini unutmur, hər zaman yad edir: “Bu gün Türkiyə beynəlxalq platformalarda Türk dünyasının problemlərini Azərbaycanla çiyin-çiyinə gündəmə gətirir. Bu prosesin belə davam edəcəyini, Türk
Dünyasına böyük töhfə verəcəyini düşünürük”.

Bu gün həmçinin Vətəndaş Həmrəyliyi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Böyük Quruluş Partiyası, Milli Şura üzvləri, sadə vətəndaşlar da Türk Şəhidliyini ziyarət ediblər.

Anım mərasimində bu günün əhəmiyyəti, Bakının və Azərbaycanın bolşevik-daşnak işğalından azad edilməsində böyük rolu olan Qafqaz İslam Ordusu komandirlərinin, o cümlədən Nuru Paşanın xatirəsinin əbədiləşdirilməsi təklif olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR