Bakıda mənzildən meyit tapılıb

Bakıda mənzildən meyit tapılıb
# 13 aprel 2014 18:04 (UTC +04:00)

Bakı-APA. Bakıda mənzildən meyit tapılıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin 112 qaynar xəttinə Bakının Yasamal rayonunda 1940-cı il təvəllüdlü qadının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qaldığı bildirilir.

Dərhal FHN-nin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Məlum olub ki, qadın giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə cavab vermir.

Xilasedicilər qonşu mənzilin eyvanından evə daxil olublar. Mənzildə yaşayan Botova Lidiya İvanovna döşəmədə hərəkətsiz vəziyyətdə tapılıb. Hadisə yerinə çağırılmış təcili tibbi yardım stansiyasının həkimləri onun vəfat etdiyini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR