Gələn ay Nyu-Yorkda Azərbaycanın təşəbbüskarı olduğu “TASİM” layihəsinin yaradılması çərçivəsində qətnamə qəbul oluna bilər

Gələn ay Nyu-Yorkda Azərbaycanın təşəbbüskarı olduğu “TASİM” layihəsinin yaradılması çərçivəsində qətnamə qəbul oluna bilər
# 21 avqust 2013 11:14 (UTC +04:00)

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, qurumun 67-ci sessiyası sentyabrın 4-də keçiriləcək.

Azərbaycan tərəfindən "Daha yaxşı bağlantı və telekommunikasiya tranzit marşrutları üçün əməkdaşlığı inkişaf etdirmə" başlıqlı qətnamənin müzakirəsinə həsr olunmuş sessiyada Azərbaycan Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, BMT-nin iqtisadi və sosial məsələlər üzrə baş direktorunun müavini Vu Hunqbo, ABŞ-ın dövlət katibinin İnformasiya siyasəti və beynəlxalq kommunikasiyalar üzrə əlaqələndiricisi Daniel Sepulvelda, Litva və Macarıstanın rabitə administrasiyalarının rəhbər nümayəndələri, Ümumdünya İqtisadi Forumun informasiya texnologiyaları və telekommunikasiyalar rəhbəri Alan Markus, “Orbital Sciences Corporation” və “Turk Telecom” şirkətlərinin rəhbərləri iştirak edəcəklər.

Qeyd edək ki, "Daha yaxşı bağlantı və telekommunikasiya tranzit marşrutları üçün əməkdaşlığı inkişaf etdirmə" başlıqlı qətnamə layihəsi "Trans-Avrasiya Super İnformasiya Magistralı" haqda 67/194 saylı qətnamənin davamıdır və davamlı inkişaf üçün informasiya-kommunikasiya texnologiyaları (İKT) istifadəsi sahəsində regional və beynəlxalq əməkdaşlığı asanlaşdırmaq üçün bir platforma kimi Avrasiya Bağlantı İttifaqının təsis olunması təklifini nəzərdə tutur.

Qətnamə layihəsi bu ilin sentyabr ayının 28-dən gec olmamaq şərtilə razılaşdırılmalı və BMT Katibliyinə təqdim olunmalıdır. Hazırda qətnamə layihəsi üzrə BMT-yə üzv dövlətlər arasında intensiv məsləhətləşmələr aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR