Fələstinə yardım üzrə Bakı konfransında Qüdsün inkişafı üçün 500 milyon dollarlıq yardım paketi müzakirə olunacaq

Fələstinə yardım üzrə Bakı konfransında Qüdsün inkişafı üçün 500 milyon dollarlıq yardım paketi müzakirə olunacaq
# 10 iyun 2013 08:00 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Fələstinə yardım üzrə Bakıda keçiriləcək donor konfransında Qüds şəhərinin inkişafı üçün 500 milyon dollarlıq yardım paketi müzakirə olunacaq. APA-nın “Maan” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Fələstinin xarici işlər naziri Riad Əl-Maliki deyib. Əl-Maliki iyunun 11-də keçiriləcək konfransa qatılmaq üçün Azərbaycana gəlir.

Xatırladaq ki, konfrans İslam Əməkdaşlıq Təşkilatı və Azərbaycan hökumətinin təşkilatçılığı ilə keçiriləcək. Tədbirdə İƏT ölkələrinin xarici işlər nazirləri iştirak edəcək. Bu barədə qərar İƏT ölkələri liderlərinin bu ilin əvvəlində Qəhirədə keçirilən sammitində verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR