Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri iyulda 4,1% artıb

Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri iyulda 4,1% artıb
# 08 avqust 2013 11:19 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu ilin iyul ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 4,1% artıb, 2012-ci ilin müvafiq dövrünə nisbətən isə 5,2% aşağı düşüb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ay ərzində mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətləri metal filizlərinin hasilatı üzrə 2,5%, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə isə 0,3% ucuzlaşıb, xam neft və təbii qaz hasilatı üzrə isə 4,8% bahalaşıb.

İyul ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri tütün məmulatlarının istehsalı üzrə 5,0%, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 2,2%, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 1,8%, tikinti məmulatlarının istehsalı üzrə 1,1%, elektrik avadanlıqlarının istehsalı və zərgərlik, musiqi, idman və tibb avadanlıqlarının istehsalı üzrə 0,6%, içki istehsalı və rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 0,5%, poliqrafiya fəaliyyəti üzrə və qida məhsullarının istehsalı üzrə 0,4%, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 0,2%, maşın və avadanlıqların istehsalı üzrə 0,1% ucuzlaşıb, kimya sənayesi üzrə 2,8%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı və metallurgiya sənayesi üzrə 2,2%, toxuculuq sənayesi üzrə 1,6%, kağız və karton istehsalı üzrə 1,2%, geyim istehsalı üzrə 0,9%, neft məhsullarının istehsalı üzrə 0,8%, mebel istehsalı üzrə 0,3%, kompüter və digər elektron avadanlıqların istehsalı üzrə, avtomobil və qoşquların istehsalı üzrə isə istehsalçı qiymətləri 0,1% bahalaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR