«Unibank»da «Nə? Harada? Nə zaman?» intellektual yarışması keçirilib

«Unibank»da «Nə? Harada? Nə zaman?» intellektual yarışması keçirilib
# 16 dekabr 2013 14:53 (UTC +04:00)

Bakı. Nail Hüseynli – APA-Economics. «Unibank» ASC-nin əməkdaşları və tərəfdaşları arasında «Nə? Harada? Nə zaman?» intellektual yarışması keçirilib. İştirakçı komandalardan 28-i tərəfdaş şirkətlərin nümayəndələri, 5-i isə «Unibank»ın əməkdaşlarından ibarət olub.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, tərəfdaş şirkətlərdən «Azərpoçt», «Accessbank», «World Telecom», «Atəşgah», «AXA-Mbask» və s. öz komandaları ilə yarışmada iştirak edib.

Qeyd edək ki, yarışmanın yekununda «Unibank»ın «Maliyyə» komandası I yeri tutub. Qaliblər kubok və digər hədiyyələrlə mükafatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR