“Bakının Birincisi - 2014” adlı intellektual festival keçiriləcək - FOTO

“Bakının Birincisi - 2014” adlı intellektual festival keçiriləcək - <span style="color: red;">FOTO
# 10 iyun 2014 16:43 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı və “Azərbaycan” İntellektual Oyunlar Klubu “Bakının Birincisi - 2014” yubiley adlı “Nə? Harada? Nə Zaman?” üzrə intellektual festivalın keçirilməsinə hazırlaşır.

Layihənin baş koordinatoru Ayan Bəşirzadənin APA-ya verdiyi məlumata görə, yarışma iyulun 5-də keçiriləcək: “İştirak üçün ərizələrin qəbuluna artıq başlanıb və iyunun 20-nə kimi davam edəcək. Turnirdə iştirak üçün yaş həddi 29-dur. 1984-cü il tarixində anadan olmuş və 30 yaşı iyulun 5-dən tez olmayaraq tamam olan şəxslər turnirdə iştirak üçün müraciət edə bilərlər”.

Ərizədə komandanın adı, iştirakçıların adı, soyadı, təvəllüdü və əlaqə nömrələri qeyd olunmalıdır. İştirak ərizəsi ilə birgə şəxsiyyət vəsiqəsinin surəti tələb olunur. Bütün ərizələr [email protected] ünvanına göndərilməlidir.

Qeyd edək ki, “Nə? Harada? Nə Zəman?” gənclərarası yarışı Beynəlxalq Klublar Assosiasiyasında lisenziya alıb və təşkilatın rəsmi tədbirlər siyahısına daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR