Türkiyədə 4 Gürcüstan vətəndaşı spirtli içkidən zəhərlənərək ölüb

Türkiyədə 4 Gürcüstan vətəndaşı spirtli içkidən zəhərlənərək ölüb
# 04 yanvar 2014 22:15 (UTC +04:00)

Bakı-APA. Türkiyənin Gəbzə şəhərində 4 Gürcüstan vətəndaşı ölüb. APA-nın “Georgia Online” saytına istinadən verdiyi xəbərə görə, Gürcüstan vətəndaşları kustar üsulla hazırlanmış spirtli içki qəbul etdikdən sonra ölüblər.

Ağır zəhərlənmə ilə daha 3 gürcü xəstəxananın reanimasiya bölməsinə yerləşdirilib.

Qeyd olunan şəxslər Türkiyədə tikintidə fəhlə kimi çalışıblar. Məlumata görə, spirtli içkini onlar özləri hazırlayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR