Azərbaycanda buraxılış və qəbul imtahanlarının birləşdirilməsi nəzəriyyədə mümkündür

Azərbaycanda buraxılış və qəbul imtahanlarının birləşdirilməsi nəzəriyyədə mümkündür
# 27 iyun 2013 21:16 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Azərbaycanda buraxılış və qəbul imtahanlarının birləşdirilməsi nəzəriyyədə mümkündür. Lakin bunun üçün düzgün iş aparılmalı, mərhələlər müəyyənləşdirilməlidir”. APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov bildirib ki, ümumilikdə vahid imtahan heç də hər yerdə tətbiq olunan təcrübə deyil. Onun sözlərinə görə, aparıcı dünya təcrübəsi ondan ibarətdir ki, universitetlərin tələbə qəbulu prosesində rolu çox fəaldır.

M.Cabbarov qeyd edib ki, bir çox yerlərdə bu universitetlərin müstəsna səlahiyyətidir, bir çox ölkələrdə isə sadəcə prosesdə iştirak edir: “Bu böyük bir mövzudur. Biz hamımız bilirik ki, bu gün Azərbaycanın ali təhsil ocaqlarına tələbə qəbulu sistemi çox effektiv və səmərəlidir. Bu Azərbaycanda təhsilin keyfiyyətinə və sisteminə çox müsbət töhfə verən amildir. “Gələcəkdə buraxılış imtahanları ilə universitetlərə qəbul imtahanlarının eyniləşdirilməsi prosesi nədən ibarət olmalıdır?”, “Onun fəsadları nə ola bilər?”, “Necə əmin ola bilək ki, qəbul imtahanlarında verilən suallar məktəb proqramında tətbiq olunan dərs proqramına əsaslanır?”. Bütün bu məsələlərlə bağlı sualları cavablandırmalıyıq. Ondan sonra biz prosesə hazırlıq barədə danışa bilərik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR