Azərbaycanın şimal-qərb bölgəsində seçkiləri 41 beynəlxalq müşahidəçi izləyir

Azərbaycanın şimal-qərb bölgəsində seçkiləri 41 beynəlxalq müşahidəçi izləyir
# 09 oktyabr 2013 09:56 (UTC +04:00)

Şəki-Zaqatala. Vüqar Heydərov – APA. Azərbaycanın şimal-qərb bölgəsinin 4 rayonunu əhatə edən 7 dairə seçki komissiyası üzrə seçkiləri 3163 yerli, 22 ATƏT və 19 MDB müşahidəçisi izləyir. APA-nın Şəki-Zaqatala bürosunun xəbərinə görə, Şəki şəhərini əhatə edən 113 saylı DSK üzrə seçkiləri izləmək üçün 364 nəfər yerli, 8 nəfər ATƏT, 3 nəfər isə MDB-nin müşahidəçiləri qeydiyyatdan keçib. Dairənin 14 məntəqəsində “exit-poll” aparılır.

114 saylı Şəki kənd DSK üzrə seçkiləri 450 nəfər yerli, 7 beynəlxalq müşahidəçi izləyəcək. 115 saylı Şəki DSK-nın 7 məntəqəsində veb-kamera quraşdırılıb. Seçkiləri izləmək üçün 485 nəfər yerli, 5 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. Dairənin 8 məntəqəsində “exit-poll” aparılır.

112 saylı Qax DSK-nın 8 məntəqəsində veb-kamera quraşdırılıb. Seçkiləri izləmək üçün 600 nəfər yerli, 2 nəfər ATƏT, 2 nəfər isə MDB-nin müşahidəçisi qeydiyyata alınıb. Dairənin 8 məntəqəsində “exit-poll” keçirilir.

110 saylı Zaqatala DSK-nın 5 məntəqəsində veb-kamera quraşdırılıb, 10 məntəqədə “exit-poll” keçirilir. Seçkiləri 451 nəfər yerli, 4 beynəlxalq müşahidəçi izləyir.

111 saylı Zaqatala-Balakən DSK-sı üzrə 8 məntəqəsində veb-kamera quraşdırılıb. Seçkiləri izləmək üçün 446 yerli, 2 ATƏT, 2 MDB müşahidəçisi qeydiyyatdan keçib.

109 saylı Balakən DSK-nın 8 məntəqəsində veb-kamera quraşdırılıb. Seçkiləri 367 nəfər yerli, 6 beynəlxalq müşahidəçi izləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR