Beyləqanda səyyar protez-ortopedik bərpa xidmətinə başlanılıb

Beyləqanda səyyar protez-ortopedik bərpa xidmətinə başlanılıb
# 20 dekabr 2013 12:30 (UTC +04:00)

Bakı - APA. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin mütəxəssislərindən ibarət səyyar tibbi-texniki briqada tərəfindən Beyləqan Mərkəzi Rayon Xəstəxanasında həmin rayonda və ətraf rayonlarda yaşayan əlillərə səyyar protez-ortopedik bərpa xidmətinin göstərilməsinə başlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, gün ərzində ümumilikdə 50 nəfərdən çox əlil vətəndaşa xidmət göstəriləcək və bununla da artıq həmin vətəndaşların protez-ortopediya məmulatları ilə təmin olunmaq üçün uzaq yol qət edərək paytaxt Bakı şəhərinə gəlməsinə ehtiyac qalmayacaq.

Dekabrın 21-də isə digər tibbi-texniki briqada Saatlı Mərkəzi Rayon Xəstəxanasında olacaq. Yaradılmış iki briqada tərəfindən bölgə üzrə ümumilikdə 100 nəfərdən artıq əlil şəxs qeyd olunan xidmətlərlə təmin ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR