Fitso: Azərbaycan qazının Rusiya-Ukrayna sərhədindəki məntəqə vasitəsilə Ukrayna ərazisindən idxal edilməsi layihəsi var

Fitso: Azərbaycan qazının Rusiya-Ukrayna sərhədindəki məntəqə vasitəsilə Ukrayna ərazisindən idxal edilməsi layihəsi var
# 07 may 2024 13:40 (UTC +04:00)

Əlbəttə ki, Ukraynada baş verən müharibə səbəbindən Slovakiyanın nəqliyyat infrastrukturunun istifadəsi mürəkkəbləşib.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə geniş tərkibli görüşdən sonra Slovakiya Respublikasının Baş naziri Robert Fitso mətbuata birgə bəyanatında bildirib.

Onun sözlərinə görə, Azərbaycan qazının Rusiya-Ukrayna sərhədindəki məntəqə vasitəsilə Ukrayna ərazisindən idxal edilməsi layihəsi var: "Söhbət 20 milyard kubmetrlik həcmdən gedirsə, bu, hamı üçün maraqlı olmalıdır. Əlbəttə, mən hesab etmirəm ki, Azərbaycan xeyriyyəçiliklə məşğuldur. Biz, sadəcə olaraq, ədalətli qiymətlərə ümid edirik və sizin maraqlarınıza hörmətlə yanaşırıq.

Cənab Prezident, əminəm ki, biz Avropa səviyyəsində də müsbət ab-hava yaradacağıq. Bilirsiniz ki, Avropada hamı spekulyasiyanı xoşlayır, ən pis niyyət görməyə çalışır. Biz təkcə Azərbaycandan qaz almaq istəmirik, biz qazı Ukrayna ərazisindən Slovakiyaya idxal etmək istəyirik və bu məsələdə Sizin konstruktiv yanaşmanızı çox yüksək qiymətləndirirəm.

Ukraynanın Baş nazirinin dediyi kimi, Azərbaycan qazı olduğu yerdə Rusiya ilə Ukrayna arasında müəyyən razılığa gəlmək olar. Bu, hər kəs üçün faydalı olar, həm Slovakiya üçün, həm Sizin üçün, həm də Ukrayna üçün. Çünki onlar bunun tranzitini həyata keçirəcək. Bu, nümunəvi bir layihə ola bilər və cənab Prezident, bununla bağlı da verdiyiniz məlumata görə Sizə təşəkkür edirəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR