“İRƏLİ” İctimai Birliyinin üzvləri Heydər Əliyevin məzarını ziyarət ediblər

“İRƏLİ” İctimai Birliyinin üzvləri Heydər Əliyevin məzarını ziyarət ediblər
# 07 may 2013 20:15 (UTC +04:00)

Bakı-APA. Mayın 7-də “İRƏLİ” İctimai Birliyinin üzvləri Heydər Əliyevin məzarını ziyarət ediblər. Qurumdan APA-ya daxil olan məlumatda bildirilib ki, 300 nəfərdən çox “irəli”çi H. Əliyevin və akademik Zərifə Əliyevanın xatirəsi yad edib.

“İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev Heydər Əliyevin gəncliyə nə qədər böyük qiymət verdiyini, onun həyat tərzi və fəaliyyətinin Azərbaycan gəncliyi üçün nümunə olduğunu qeyd edib. O, Heydər Əliyevin gənclərin təhsilinə xüsusi diqqət yetirdiyini, bütün sahələr üzrə ixtisaslı kadrların yetişməsinə qayğı ilə yanaşdığını, azərbaycanlı gənclərin xarici ölkələrdə də təhsil alması üçün şərait yaratdığını deyib.

R. Mərdiyev bu siyasətin prezident İlham Əliyev tərəfindən də davam etdirildiyini vurğulayıb.

Qeyd edək ki, “İRƏLİ” İctimai Birliyi Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR