Azərbaycanın görkəmli kinorejissoru Tofiq Tağızadənin 95 illik yubiley tədbiri keçiriləcək

Azərbaycanın görkəmli kinorejissoru Tofiq Tağızadənin 95 illik yubiley tədbiri keçiriləcək
# 19 fevral 2014 16:33 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Fevralın 21-də Dövlət Film Fondunda Azərbaycanın görkəmli kinorejissoru Tofiq Tağızadənin 95 illik yubiley tədbiri keçiriləcək.

Film Fondundan APA-ya verilən məlumata görə, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilati dəstəyi ilə keçirilir.

Yubiley tədbirində Tofiq Tağızadəyə həsr edilən fotosərgi nümayiş etdiriləcək, quruluş verdiyi filmlərdən fraqmentlər göstəriləcək, sənət dostlarının xatirələri dinlənəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR