AGBI indeksi 0,02% enib, ACBDI və AMFBI indeksləri isə 0,01% yüksəlib

AGBI indeksi 0,02% enib, ACBDI və AMFBI indeksləri isə 0,01% yüksəlib
# 13 noyabr 2013 06:31 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) 0,02% azalaraq noyabr ayının 13-nə 94,94 təşkil edib.


«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi 0,01% yüksəlib və 99,95 təşkil edib.


Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi 0,01% yüksəlib və 106,99-a bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR