GUAM PA-da sədrlik Moldovaya keçib

GUAM PA-da sədrlik Moldovaya keçib
# 03 dekabr 2013 13:07 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. GUAM PA-da sədrlik Moldovaya keçib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Azərbaycan Milli Məclisinin GUAM PA-da nümayəndə heyətinin üzvü Elton Məmmədov Tiflisdə başa çatan GUAM PA-nın VI yığıncağında jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Tiflisdə keçirilən tədbirdə Azərbaycan nümayəndə heyəti fəal iştirak edib və gündəlikdə baxılan məsələlərə münasibət bildirilib: “İclasda ingilis və rus dillərində yekun sənəd qəbul olunub. Qəbul olunan kommunikedə dondurulmuş münaqişələr məsələlərinə də yer verilib”.

E.Məmmədov GUAM PA-da sədrliyin əlifba sırası ilə Moldovaya keçdiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR