Almaniya XİN: Fələstin ərazisində yəhudi məskənlərinin salınması sülh danışıqlarına zərbə vurur

Almaniya XİN: Fələstin ərazisində yəhudi məskənlərinin salınması sülh danışıqlarına zərbə vurur
# 14 yanvar 2014 09:23 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Fələstin ərazisində yəhudi yaşayış məskənlərinin salınması sülh danışıqlarına zərbə vurur.

APA - nın “Press TV” telekanalına istinadən verdiyi məlumata görə, bunu Almaniya xarici işlər naziri Frank Valter Ştaynmayer İsrailə səfəri zamanı deyib.

Bu açıqlamanı F.V.Ştaynmayer İsrailin Mənzil Tikintisi Nazirliyinin Qərb Sahilində daha 801, Qüdsün İsrailin nəzarətində saxladığı ərazilərdə 1076 mənzil tikilməsi ilə bağlı qərar qəbul etdiyindən sonra verib.

Bundan əvvəl Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun Fələstin ərazilərində mənzillərin tikintisinin qanunsuz olduğu bildirib və tikinti işlərinin dayandırılmasına çağırıb.

Qeyd edək ki, hazırda Fələstin ərazisində tikilən 120 qəsəbədə bir milyona yaxın yəhudi məskunlaşıb. Bir çox ölkələr bu qəsəbələrin tikintisini qanunsuz sayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR