“Qarabağ müharibəsi. Qısa tarix” kitabı nəşr olunub

“Qarabağ müharibəsi. Qısa tarix” kitabı nəşr olunub
# 16 sentyabr 2013 16:53 (UTC +04:00)

Bakı – APA. Qarabağ Azadlıq Təşkilatının təşəbbüsü ilə Türkiyə türkcəsində “Qarabağ müharibəsi. Qısa tarix” kitabı nəşr olunub.

QAT mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, kitabda Qarabağın tarixi, o cümlədən ermənilərin buraya köçürülməsi ilə bağlı hadisələr, Qarabağ müharibəsinin başlanması, gedişi və hazırki dövr üçün nəticələr, Qarabağa dair danışıqlar prosesi davamlı şəkildə izlənilib və xronoloji ardıcıllıqla əks etdirilib.

Kitabda ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşi aktlar, Xocalı soyqırımının kiçik yaşlı qurbanlarının siyahısı, Xocalı soyqırımını törədən erməni heyətin adları, hadisələrin xronologiyası ayrıca olaraq verilib. Kitabın yaxın günlərdə ediləcək səfər zamanı Türkiyənin İstanbul, Ankara, Çanaqqala, İzmir, Qars, İğdır və digər şəhərlərində paylanması, dövlət və ictimai-siyasi qurumlara, universitetlərə, kitabxanalara verilməsi nəzərdə tutulur.

Kitabın müəllifi Akif Nağı, Türkiyə türkcəsinə çevirəni Cəfər Daldır. Kitab QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə çap olunub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR