İrandan Azərbaycana narkotik tərkibli dərman preparatının gətirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana narkotik tərkibli dərman preparatının gətirilməsinin qarşısı alınıb
# 18 dekabr 2013 14:01 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. İrandan Azərbaycana narkotik tərkibli dərman preparatının gətirilməsinin qarşısı alınıb.

Bu barədə APA-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan gələn Azərbaycan vətəndaşı Elmir Həsənova məxsus idman çantasına baxış zamanı həmin çantadan gömrük nəzarətinə təqdim edilməyən, üzərində “Methadone 20” sözləri yazılmış, hər birində 10 ədəd həb olmaqla 15 konvalyut (cəmi 150 ədəd həb) metadon adlı dərman preparatı aşkar olunub.

Qeyd edək ki, metadon adlı dərman preparatı “Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin”in II Siyahısına daxildir və sintetik narkotik vasitə sayılır. 150 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 3 qram təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR