Astarada baş verən qətlin təfərrüatları məlum olub - YENİLƏNİB - VİDEO

Astarada baş verən qətlin təfərrüatları məlum olub - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 28 sentyabr 2013 08:03 (UTC +04:00)

Astara Rayon Polis Şöbəsinin növbətçi hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, rayonun Maşxan kənd sakini, 1966-cı il təvəllüdlü Mahir Osman oğlu Əhmədovu həyat yoldaşı deyil, oğlu, 1991-ci il təvəllüdlü İlkin Mahir oğlu Əhmədov bıçaqla vurub.

Belə ki, sentyabrın 27-də saat 19.00 radələrində ailə münaqişəsi zəminində Maşxan kəndində Əhmədovlar ailəsində yaranan münaqişə ailə başçısının bıçaqla ağır yaralanması ilə nəticələnib. Yaralı dərhal Astara Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni Mahir Əhmədovun həyat yoldaşı, 3 uşaq anası olan 1970-ci il təvəllüdlü Gülbahar Ağaşan qızı Əhmədova öz boynuna götürsə də, araşdırmalardan sonra qətlin 22 yaşlı oğlu tərəfindən törədildiyi müəyyənləşdirilib. İlkin Əhmədov tutularaq istintaq orqanlarına təhvil verilib.

Faktla bağlı Astara Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalara davam etdirilir.

***

28 sentyabr 03:27

Astara. Ağəddin Babayev – APA. Astara rayonunda qətl hadisəsi baş verib. Astara Rayon Polis Şöbəsinin növbətçi hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə sentyabrın 27-də saat 19.00 radələrində rayonun Maşxan kəndində qeydə alınıb.

Astara rayonunun Maşxan kənd sakini, 1966-cı il təvəllüdlü Mahir Osman oğlu Əhmədovla həyat yoldaşı, 3 uşaq anası olan 1970-ci il təvəllüdlü Gülbahar Ağaşan qızı Əhmədova arasında başlayan münaqişə ailə başçısının bıçaqla ağır yaralanması ilə nəticələnib.

Həkimlərin səylərinə baxmayaraq M. Əhmədov Astara Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişib.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırmalara başlanıb, hadisənin başvermə səbəbləri dəqiqləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR