Ekspert: «Azərbaycanda vergi məhkəməsinin yaradılmasına zərurət var»

Ekspert: «Azərbaycanda vergi məhkəməsinin yaradılmasına zərurət var»
# 17 mart 2014 09:06 (UTC +04:00)

Həmin məhkəmə vergi və sosial ödənişlərlə bağlı mübahisələri həll edə bilər. Çünki məhkəmələrdə şikayətlərin 80%-i bu sahə ilə bağlı olur. «APA-Economics»in xəbərinə görə, bunu Bakıda «Ölkə iqtisadiyyatının inkişafında sahibkarlığın rolu: nailiyyətlər və perspektivlər» mövzusunda keçirilən tədbirdə «Beker & McKenzi» hüquq şirkətinin rəhbəri Gündüz Kərimov bildirib. O, deyib ki, analoji qurum Bakı iqtisad məhkəməsinin nəzdində yaradıla bilər.


Vergilər nazirinin müavini Sahir Məmmədxanov da dövlət tərəfindən bu təkliflə bağlı addımın atılacağı təqdirdə onu dəstəkləyəcəyini bildirib.


Nazir müavini əlavə edib ki, Vergilər Nazirliyinin Vergi Apelyasiya Şurası da bu cür məsələlərə baxır. Onun sözlərinə görə, Şurada ötən il vergi sisteminin yoxlanılmasından narazı qalan vergi ödəyicilərinin 50-ə yaxın işinə baxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR