Umud Rəhimoğlu Nyu-Yorkda BMT Baş Assambleyasının 68-ci sessiyasına qatılıb - FOTO

Umud Rəhimoğlu Nyu-Yorkda BMT Baş Assambleyasının 68-ci sessiyasına qatılıb - <span style="color: red;">FOTO
# 23 sentyabr 2013 12:51 (UTC +04:00)

Bakı-APA. Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu BMT-nin Nyu-Yorkdakı baş qərargahında Dayanıqlı İnkişaf üzrə Komissiyanın 20-26 sentyabr tarixlərini əhatə edəcək “İrəliyə Doğru - Yüksək Səviyyəli Siyasi Forum” mövzusuna həsr olunmuş sessiyasına qatılıb. BAMF-ın informasiya departamentindən APA-ya verilən məlumata görə, bununla o, Azərbaycandan olan ilk QHT təmsilçisi kimi 193 üzv dövlətin, həmçinin BMT nümayəndəliklərinin, hökumətlərarası qurumların, beynəlxalq təşkilatların, milli və yerli QHT-lərin təmsil olunduğu vətəndaş cəmiyyətinin əsas qruplarının üzvləri və digər maraqlı tərəflərlə birlikdə Dayanıqlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumda hökumətlərarası proseslərə qoşulub.

Toplantı zamanı BMT-nin Dayanıqlı İnkişaf naminə Yüksək Səviyyəli Siyasi Forumunun, Dayanıqlı İnkişaf üzrə Komissiyasının işini əvəz etməsi ilə bağlı qərar qəbul olunub. BMT-nin Dayanıqlı İnkişaf üzrə Komissiyası 20 ildir ki, inkişaf naminə dayanıqlı yanaşmaların yerinə yetirilməsinə rəhbərlik edib. Komissiya və ya RİO+20 bu müddət ərzində davamlı inkişafın təmin edilməsində aydın praktiki tədbirləri özündə əks etdirən yekun siyasi sənədin qəbul olunmasına nail olub. Artıq Dayanıqlı İnkişaf Məqsədlərinin davam etdirilməsi üçün BMT-yə üzv dövlətlərin qərarı ilə Minilliyin İnkişaf Məqsədləri və 2015-ci ildən sonrakı inkişaf strategiyası çərçivəsində fəal proseslərə başlanılıb.

BAMF Yüksək Səviyyəli Siyasi Forumda qəbul olunması üçün təqdim edilən sosial, iqtisadi, ekoloji aspektləri özündə əks etdirən yekun sənədin hazırlanmasında fəal rol oynayıb.

Umud Rəhimoğlu çıxışında BAMF-ın keçirdiyi “Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya regionlarının Dayanıqlı İnkişaf prosesləri üzrə Bakı Seminarı” nın bu proseslərin bir hissəsi olduğuna görə fəxr hissi keçirdiyini və Azərbaycan hökumətinin, vətəndaş cəmiyyəti təşkilatlarının inkişaf strategiyasını əzmlə davam etdirdiyini qeyd edib.

Qeyd olunub ki, U. Rəhimoğlu Ermənistan və Azərbaycan arasındakı münaqişə kimi qlobal məsələlərin müzakirəsinin aparılacağı BMT-nin 68-ci Baş Assambleyanın növbəti gündə nəzərdə tutulan sessiyasında iştirak edəcək.

Bu, Umud Rəhimoğlunun Dayanıqlı İnkişaf üzrə Komissiyanın Baş Assambleyasında artıq dördüncü iştirakıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR