“Beynəlxalq Sığorta Şirkəti” təkrarsığorta fəaliyyətini bərpa edib

“Beynəlxalq Sığorta Şirkəti” təkrarsığorta fəaliyyətini bərpa edib
# 10 iyun 2014 08:31 (UTC +04:00)

Bakı - APA-Economics. “Beynəlxalq Sığorta Şirkəti” təkrarsığorta fəaliyyətini bərpa edib.

Şirkətin İdarə Heyətinin sədr müavini İlham Ağayevin “APA-Economics”ə verdiyi məlumata görə, şirkətə təkrarsığorta fəaliyyəti göstərməklə bağlı müvafiq lisenziya Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən iyunun 9-da verilib: “Müraciətimizə operativ şəkildə baxıldığı üçün quruma minnətdarıq”.

İ. Ağayev deyib ki, ilkin mərhələdə bazar risklərini qiymətləndirilməsi işlərin aparılıb, o cümlədən köhnə müştərilərlə əməkdaşlığı bərpa ediləcək: “Bildiyiniz kimi, biz əvvəllər də təkrarsığorta fəaliyyəti ilə məşğul idik. Lakin təkrarsığorta fəaliyyəti ilə bağlı yeni tələb və qaydalar qüvvəyə mindikdən sonra bu növ üzrə fəaliyyətimizi dayandırmalı olduq. Hazırda isə bütün tələbləri yerinə yetirib, təkrarsığorta fəaliyyətini bərpa etdik. Əsas məqsədlərimizdən biri köhnə müştərilərimizlə əməkdaşlığı bərpa etməkdir”, - deyə sədr müavini bildirib.

Qeyd edək ki, “Beynəlxalq Sığorta Şirkəti” nizamnamə kapitalının 6 mln. manat artırılaraq 14,8 mln. manata çatdırılması ilə bağlı proses tam yekunlaşıb və Vergilər Nazirliyindən kapitalın artırılmasımı özündə əks etdirən sənəd alıb.

Xatırladaq ki, 2014-cü ildən Azərbaycanda sığorta və təkrarsığorta üzrə fəaliyyətlər tamamilə ayrılıb və təkrarsığorta hüququnun saxlanması üçün sığorta şirkətlərinin əlavə xüsusi lisenziya almaları vacibdir. Maliyyə Nazirliyinin müəyyən etdiyi qaydalara görə, təkrarsığorta fəaliyyəti göstərmək istəyən şirkətin məcmu kapitalı bu il martın 1-dən 7,5 mln. manat, gələn il yanvarın 1-dən isə 10 mln. manat olmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR