İrakli Kobaxidze ABŞ-ın sabiq səfirini Gürcüstanda inqilab cəhdlərini dəstəkləməkdə ittiham edib

İrakli Kobaxidze ABŞ-ın sabiq səfirini Gürcüstanda inqilab cəhdlərini dəstəkləməkdə ittiham edib
# 03 may 2024 12:50 (UTC +04:00)

Gürcüstan Baş naziri İrakli Kobaxidze ABŞ-ın bu ölkədəki sabiq səfiri Kelli Deqnanı 2023-cü ildə Gürcüstanda inqilab cəhdlərini dəstəkləməkdə ittiham edib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, hökumət başçısı bu barədə X platformasındakı paylaşımında yazıb.

O, ABŞ-ın bu ölkədəki sabiq səfirinin 2023-cü ildə Gürcüstanda iki inqilab cəhdini dəstəklədiyini bildirib.

Kobaxidze ABŞ Dövlət Departamentinin müşaviri Derek Çollet ilə danışdığını və bu məsələ ilə bağlı keçirdiyi təəssüfü onun diqqətinə çatdırdığını vurğulayıb.

Kobaxidze 2023-cü ildə QHT-lərin inqilab cəhdlərinin xarici mənbələrdən maliyyələşdirildiyini də əlavə edib.

Baş nazir qeyd edib ki, söhbət zamanı Derek Çolletə ABŞ Dövlət Departamentinin “xarici təsir” qanunu və etiraz aksiyaları ilə bağlı “saxta bəyanatlar”ının 2020-2023-cü illərdə ABŞ-ın Gürcüstanda səfiri olmuş Kelli Deqnanın “saxta bəyanatlar”ını xatırlatdığını deyib. O, Deqnanın xaricdən maliyyələşən aktorlara vasitəçilik xidməti etdiyini və inqilabi prosesləri dəstəklədiyini əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR