Kobaxidze: ABŞ-la münasibətlərə yenidən başlamaq xüsusi səylər tələb edir

Kobaxidze: ABŞ-la münasibətlərə yenidən başlamaq xüsusi səylər tələb edir
# 03 may 2024 13:03 (UTC +04:00)

İndiki fonda ABŞ-la münasibətləri yenidən başlatmaq xüsusi səylər tələb edir.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ Dövlət Departamentinin müşaviri Derek Çolletlə söhbətindən sonra “X” platformasındakı paylaşımında qeyd edib.

“Mən cənab Çolletin diqqətinə çatdırdım ki, hazırkı fonda münasibətləri yenidən başlatmaq xüsusi səylər tələb edir ki bu da ədalətli və dürüst yanaşma olmadan mümkün deyil”.

Kobaxidze paylaşımının sonunda Nyu-Yorkda tələbələrin etiraz aksiyasına qəddar müdaxilə olduğunu xatırladıb.

“Mən cənab Çolletə Nyu-York şəhərində tələbələrin etiraz yürüşünə qəddar müdaxilə ilə bağlı narahatlıqlarımı çatdırmadım”, - Baş nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR