Həsən Ruhani Dünya İqtisadi Forumunun baş katibi ilə görüşüb - FOTO

Həsən Ruhani Dünya İqtisadi Forumunun baş katibi ilə görüşüb - <span style="color: red;">FOTO
# 23 yanvar 2014 11:11 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran prezidenti Həsən Ruhani Dünya İqtisadi Forumunun baş katibi Klaus Şuap ilə görüşüb.

APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, görüşdə H.Ruhani İranın xarici siyasətinin iqtisadi münasibətlərlə çuğlaşdırılması barədə başqa ölkələrə qarşı yürütdüyü siyasətini açıqlayıb.

K.Şuap isə öz növbəsində İran prezidentinin Davos forumuna qatılmasından dolayı məmnun olduğunu bildirərək ona təşəkkür edib.

Qeyd edək ki, H.Ruhani Davos şəhərində keçirilən ənənəvi illik Dünya İqtisadi Forumunda tədbirin iştirakçılarından olan bir çox ölkələrin liderləri və rəsmiləri ilə ikitərəfli görüşlər keçirəcək. Bundan başqa, İran prezidenti beynəlxalq mətbu orqanlara müsahibələr verəcək, beynəlxalq sənaye şirkətlərinin direktorları və bir sıra ölkələrin iqtisadçı ekspertləri ilə fikir mübadiləsi aparacaq. H.Ruhaninin tədbir çərçivəsində daha iki toplantıda çıxışı nəzərdə tutulub. İran prezidentini səfərdə nazirlər, müavinlər, müşavirlər və s. hökumət rəsmiləri müşayiət edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR