Pan Qi Mun BMT Təhlükəsizlik Şurasına üzv olan ölkələrin liderlərini məsuliyyətə çağırıb

Pan Qi Mun BMT Təhlükəsizlik Şurasına üzv olan ölkələrin liderlərini məsuliyyətə çağırıb
# 06 sentyabr 2013 00:25 (UTC +04:00)

Bakı-APA. BMT baş katibi Pan Qi Mun Sankt Peterburqda keçirilən G-20 sammitində təşkilata üzv olan dövlətlərin liderlərini Suriya münaqişəsinin həlli məsələsində məsuliyyətli yanaşma nümayiş etdirməyə çağırıb.

“Mən ürəkdən ümid edirəm ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü olan dövlətlərin liderləri və şuranın burada iştirak edən bir neçə qeyri-daimi üzvü Suriya xalqı ilə bağlı məsələdə öz öhdəliklərini tam şəkildə icra edəcəklər”, deyə baş katib qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR