«Bank Nikoil»un aktivləri ötən il 29% artıb

«Bank Nikoil»un aktivləri ötən il 29% artıb
# 29 yanvar 2014 11:15 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən «Bank Nikoil» ASC-nin aktivlərinin həcmi 2014-cü il yanvarın 1-nə 270,481 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 29,4% çoxdur.


Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 20,8% artaraq 223,799 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 143,799 mln. manat təşkil edib ki, bu da 2013-cü il yanvarın 1-nə nisbətən 16,7% çoxdur. Eyni zamanda, vaxtı keçmiş kreditlərin həcmi keçən il 7,8% azalaraq 37,950 mln. manata çatıb. Vaxtı keçmiş kreditlərin məcmu kredit portfelində xüsusi çəkisi isə 5,2 faiz bəndi azalaraq 17,0%-ə düşüb.

Bankın depozit portfeli 2013-cü ildə 31,2% artaraq 150,597 mln. manata çatıb. O cümlədən, əhalinin əmanətlərinin həcmi 130,338 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 30,6% çoxdur.


Ötən il bankın məcmu kapitalı 81,6% artaraq 56,348 mln. manat, o cümlədən nizamnamə kapitalı 53,3% artaraq 34,500 mln. manat təşkil edib.


Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 18,9% artaraq 182 539, o cümlədən fiziki şəxslərin sayı 19,3% artaraq 178 977, hüquqi şəxslərin sayı 2,9% artaraq 3 562 olub. Bankın dövriyyədə olan plastik kartlarının sayı 2014-cü il yanvarın 1-nə 10 288-ə bərabər olub ki, bu da illik müqayisədə 2,1 dəfə azdır. O cümlədən, debet kartların sayı 2,3 dəfə azalaraq 9 145, kredit kartların sayı 2,1 dəfə artaraq 1 143 təşkil edib.


Hazırda bankın ölkə üzrə 17 filialı, 29 bankomatı, 309 POS-terminalı fəaliyyət göstərir. Bankın 534 işçisi var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR