Türkiyənin sabiq müdafiə sənayesi katibi Murad Bayar yeni vəzifəyə təyin olunub

Türkiyənin sabiq müdafiə sənayesi katibi Murad Bayar yeni vəzifəyə təyin olunub
# 28 mart 2014 22:54 (UTC +04:00)

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, M. Bayar Türkiyə Nazirlər Kabinetinin baş müşaviri təyin edilib.

Müdafiə sənayesi katibi vəzifəsini isə bu posta təyinat olana qədər müdafiə sənayesi katibinin müavini Faruk Özlü icra edəcək.

M. Bayarın rəhbərlik etdiyi nümayəndə heyətinin martın 11-də Azərbaycana səfəri planlaşdırılsa da, sonradan səfər aprel ayına təxirə salınmışdı.

Qeyd edək ki, 1989-cu ildən SSM-də çalışan M. Bayar 2004-cü ildən Müdafiə Sənayesi Katibliyinin rəhbəri vəzifəsini tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR