AEBA: İran zənginləşdirilmiş​ uranın 97%-ni oksidə çevirib

AEBA: İran zənginləşdirilmiş​ uranın 97%-ni oksidə çevirib
# 21 iyun 2014 17:43 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İranın nüvə fəaliyyətləri ilə bağlı hesabat dərc edib. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, sənəddə İranın zənginləşdirilmiş uranın 97%-ni oksidləşdirdiyi bildirilir. Hesabatda həmçinin İranın agentliklə lazımi əməkdaşlıq etdiyi və bütün suallarına cavab verdiyi qeyd olunur. Eyni zamanda sənəddə İranın zənginləşdirilmiş uranın hamısının məhvi istiqamətində addım atdığı vurğulanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR