“Nar Mobile” eşitmə qabiliyyəti məhdud olan ondan çox vətəndaşı işlə təmin edib - FOTOSESSİYA

“Nar Mobile” eşitmə qabiliyyəti məhdud olan ondan çox vətəndaşı işlə təmin edib - <span style="color: red;">FOTOSESSİYA
# 12 sentyabr 2013 10:28 (UTC +04:00)

Bakı - APA-Economics. Media nümayəndələri ilə mütəmadi olaraq qeyri-rəsmi təmas qurmaqla onlarla müxtəlif mövzularda müzakirələr aparan “Nar Mobile” jurnalistlər üçün tamamilə yeni formatda təşkil etdiyi ünsiyyət platformunu artıq bir ənənəyə çevirmək niyyətindədir.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, öz prinsip və korporativ ənənələrinə sadiq qalan “Nar Mobile” II Mətbuat klubu müstəvisində jurnalistlərlə növbəti görüşünü keçirib. Mətbuat klubunda media nümayəndələrinə “Azerfon” şirkətinin ən son nailiyyətləri barədə ətraflı məlumat verilib, jurnalistlərlə geniş fikir mübadiləsi aparılıb.

Mətbuat klubunda çıxış edən “Azerfon” şirkətinin Marketinq üzrə baş direktoru Maksim Fyodorov qonaqlara bu ilin ilk yarısında əldə edilən nailiyyətlərdən bəhs edərək, şirkətin strategiyasında olan əsas istiqamətləri səsləndirib. İşgüzar əməkdaşlıq mühitinin önəmini vurğulayan M.Fyodorovun KİV nümayəndələrinə verdiyi məlumata əsasən, mobil operator abunəçilərin ehtiyaclarına cavab verən, bazarda olan ən sərfəli və sadə tarif planları ilə, internet paketlərində olan müxtəliflik və münasib qiymətlərlə, o cümlədən rominqdə ən münasib qiymətlərlə seçilir və abunəçilərinin rəğbətini qazanır.

Hər zaman humanizm prinsiplərinə sadiqliyi ilə seçilən və korporativ sosial məsuliyyət siyasətini öz strategiyasının bir hissəsinə çevirən “Nar Mobile” tədbirdə özünün daha bir sosial təşəbbüsünü jurnalistlərlə bölüşüb. Belə ki, eşitmə qabiliyyəti məhdud olan ondan çox vətəndaşı işlə təmin edən şirkət onların cəmiyyətə qazandırılması istiqamətində mühüm addımlar atıb və eşitmə qüsurlu gənclər üçün onlayn kompüterdən istifadə kursları təşkil edərək, Azərbaycanın biznes mühitində bir nümunə nümayiş etdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR