Müdafiə naziri Əfqanıstan Veteranları İctimai Birliyinin sədri ilə görüşüb

Müdafiə naziri Əfqanıstan Veteranları İctimai Birliyinin sədri ilə görüşüb
# 19 mart 2014 08:35 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyevi qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Z. Həsənov gənclərin hərbi vətənpərvərliyinin gücləndirilməsində, onların döyüş ruhunda tərbiyə olunmasında Əfqanıstan müharibəsi veteranlarının nümunəsini xüsusi vurğulayıb və bu fəaliyyətlərin gələcəkdə də həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.

M. Vəliyev ölkədə veteranlara və onların ailələrinə göstərilən dövlət qayğısından danışıb, ictimai birlik tərəfindən məktəblərdə və digər təhsil ocaqlarında keçirilən müxtəlif tədbirlər barəsində məlumat verib.

Görüş zamanı Müdafiə Nazirliyi ilə Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin birgə həyata keçirəcəyi fəaliyyətlərlə əlaqədar işçi qrupunun yaradılması və tədbirlər planının tərtib edilməsi qərara alınıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR