ABŞ Ukrayna hakim partiyasının iki nüfuzlu deputatına sanksiya tətbiq edib

ABŞ Ukrayna hakim partiyasının iki nüfuzlu deputatına sanksiya tətbiq edib
# 24 yanvar 2014 07:19 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Ukraynanın mərhum jurnalisti, 2000-ci ildə qətlə yetirilmiş Georgi Qonqadzenin ABŞ-da yaşayan həyat yoldaşı Miroslava Qonqadze özünün “Facebook” səhifəsində yazıb. “Bu, artıq rəsmi qərardır – Oleynik və Bondarenkonun Amerikaya girişi yasaqlanıb. Klyuyev (Müdafiə və Təhlükəsizlik Şurasının sədri) də sual altındadır”, deyə o, bildirib.

Qeyd edək ki, V. Oleynik və Y. Bondarenko yanvarın 16-da Ali Radada kütləvi qarşıdurma şəraitində əl qaldırmaq yolu ilə qəbul olunmuş mürtəce qanun dəyişikliklərinin müəllifləridir.

Xatırladaq ki, daha əvvəl ABŞ-ın Kiyevdəki səfirliyi ötən ilin noyabrında və dekabrında Müstəqillik meydanındakı nümayişçilərə qarşı güc tətbiqində əli olan bəzi məmurların ABŞ vizalarını ləğv edib. Bu şəxslərin adları açıqlanmayıb.

Avropa Birliyi isə hakimiyyət və müxalifət arasındakı dialoqa dəstək məqsədilə xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali komissar Ketrin Eşton və genişlənmə, Avropa qonşuluq siyasəti üzrə komissar Ştefan Füleni Kiyevə göndərmək qərarına gəlib. Ş. Füle yanvarın 24-25-də, K. Eşton isə gələn həftə Ukraynada səfərdə olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR