Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki qarşılaşması baş tutub - NƏTİCƏ

Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki qarşılaşması baş tutub   - <span style="color: red;">NƏTİCƏ
# 26 fevral 2014 04:47 (UTC +04:00)

Bakı-APA. Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk görüşləri davam edir. APA-nın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, ötən gecə daha iki qarşılaşma keçirilib.

Günün ilk start fiti Rusiyada səslənib. “Zenit” doğma azarkeşləri qarşısında Dortmund “Borussiya”sını qəbul edib. Rusiyalılar meydandan 2:4 hesabı ilə məğlub ayrılıb.

Növbəti matç isə Yunanıstanda keçirilib. İngiltərə nəhəngi “Mançester Yunayted” səfərdə “Olimpiakos”un qonağı olub. Devid Moyesin komandası ilk görüşdə rəqibinə 2:0 hesabı ilə məğlub olub.

"Zenit" (Rusiya) - "Borussiya" (Dortmund, Almaniya) - 2:4

QOL: Şatov, 58, Hulk, 69-pen - Mxitaryan, 4, Roys, 6, Levandovski, 61, 71

"Olimpiakos" (Yunanıstan) - "Mançester Yunayted" (İngiltərə) - 2:0

QOL: Dominqes, 38, Kempbel, 55

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR