Prezident “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nı təsdiq edib

Prezident “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nı təsdiq edib
# 24 oktyabr 2013 16:48 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. APA-nın xəbərinə görə, sərəncama əsasən Azərbaycan Respublikasında səriştəli təhsil verənlərə, ən yeni texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət nəticələrinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan, iqtisadi cəhətdən dayanıqlı təhsil sistemini yaratmaq məqsədilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təsdiq edilir. Azərbaycan Nazirlər Kabineti Dövlət Strategiyasının həyata keçirilməsi üzrə fəaliyyət planının layihəsini beş ay müddətində hazırlayıb prezidentə təqdim etməlidir. Eyni zamanda strategiyanın icrasının gedişi barədə hər il üzrə hesabat növbəti ilin 1 mart tarixinədək prezidentə təqdim olunmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR