Fikrət Məmmədov AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri ilə görüşüb

Fikrət Məmmədov AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri ilə görüşüb
# 21 yanvar 2014 15:50 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Yanvarın 21-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt de Mora və Jozef Debono Qrex ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan və Avropa Şurası arasında səmərəli əməkdaşlığın qeyd olunduğu görüşdə qanunvericiliyin təkmilləşdirilməsi, təqsirləndirilən şəxslərin və məhkumların hüquqlarının qorunması, vətəndaş cəmiyyətinin inkişafı və digər maraq kəsb edən məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR