ABŞ Dövlət Departamenti: Azərbaycan terrorçuluq və dini radikalizmə qarşı mübarizə aparır

ABŞ Dövlət Departamenti: Azərbaycan terrorçuluq və dini radikalizmə qarşı mübarizə aparır
# 31 may 2013 07:24 (UTC +04:00)

APA-nın Dövlət Departamentinin saytına istinadən verdiyi məlumata görə, hesabatın Azərbaycana aid hissəsində deyilir ki, Azərbaycan Qafqaz vasitəsilə trafikinq, çirkli pulların yuyulması və qaçaqmalla məşğul olan terror təşkilatları ilə fəal mübarizə aparır: “Ölkə terrorçuluqla mübarizə səylərini gücləndirir və terror təşkilatlarının fəaliyyət göstərməsinin qarşısını almaqda uğurlar əldə edib”.

Hesabatda Azərbaycan təhlükəsizlik qüvvələrinin terrorçulara qarşı keçirdiyi uğurlu əməliyyatlardan söz açılıb.

Çirkli yuyulması ilə mübarizəyə dair bölmədə deyilir ki, Azərbaycan bu hala qarşı mübarizə aparan bir sıra təşkilatların üzvüdür və 2009-cu ildən bəri bu sahədə 15 qanun qəbul edilib, 6 prezident fərmanı imzalanıb.

Hesabatın Azərbaycana aid hissəsinin sonunda ölkənin dini radikalizmə qarşı atdığı addımlar da qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR