Nazarbayev Türkiyəni Gömrük İttifaqına qəbul etməyi təklif edib

Nazarbayev Türkiyəni Gömrük İttifaqına qəbul etməyi təklif edib
# 24 oktyabr 2013 18:55 (UTC +04:00)

“Türkiyə prezidenti Abdulla Gül ölkəsinin Gömrük İttifaqına qəbul edilməsini məndən xahiş edib. Gəlin Türkiyəni də qəbul edək”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Nazarbayev Belarusun paytaxtı Minskdə keçirilən Ali Avrasiya İqtisadi Şurasının toplantısında deyib.

Onun sözlərinə görə, xarici ölkələrə səfərləri zamanı “ondan tez-tez SSSR-ni bərpa etmək və ya Rusiyanın rəhbərliyi altında nə yaratmaq istədiklərini” soruşurlar. “Türkiyə böyük dövlətdir, onu qəbul etsək, bu söhbətlərə son qoyular”, deyə Nazarbayev Rusiya və Belarus prezidentlərinə təklif edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR