TRACECA-nın Azərbaycan seqmentində yük və sərnişin daşınması artıb

TRACECA-nın Azərbaycan seqmentində yük və sərnişin daşınması artıb
# 29 dekabr 2013 12:55 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında TRACECA nəqliyyat dəhlizinin Azərbaycan hissəsi ilə 49,1 mln. ton və ya 4,4% çox yük, 236,4 mln. nəfər və ya 9,3% çox sərnişin daşınıb.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, yüklərin 22,6 mln. tonu və ya 46,2%-i avtomobil nəqliyyatı, 17,8 mln. tonu və ya 36,2%-i dəmir yolu nəqliyyatı, 8,6 mln. tonu və ya 17,6%-i dəniz nəqliyyatı ilə daşınıb.

Yük daşımaları fəaliyyətindən 382,1 mln. manat, sərnişin daşınmasından isə 78,8 mln. manat gəlir əldə olunub. Keçən ilin eyni dövrü ilə müqayisədə bu göstəricilər müvafiq olaraq 7,4% və 15,8% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR