Viktoriya Nuland: “ABŞ Ukraynanın demokratik gələcəyinə 5 milyard dollar yatırıb”

Viktoriya Nuland: “ABŞ Ukraynanın demokratik gələcəyinə 5 milyard dollar yatırıb”
# 22 aprel 2014 02:07 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu CNN telekanalına müsahibəsində ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Viktoriya Nuland bəyan edib.

Onun sözlərinə görə, Sovet İttifaqının dağılmasından sonra müstəqillik qazanmış Ukraynaya ayrılan vəsaitlər demokratiyanın dəstəyinə yönəlib.

“Bu pullar qüdrətli, demokratik, onun maraqlarını layiqincə ifadə edən hökumət görmək arzusunda olan Ukrayna xalqının amal və məqsədlərinə xərclənib”, deyə Nuland bildirib.

Bununla belə, Nuland vurğulayıb ki, ABŞ “Maydan hərəkatını” maliyyələşdirməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR